Recayna şəhərində Azərbaycan icması ilə görüş keçirilib

Recayna şəhərində Azərbaycan icması ilə görüş keçirilib , 2024 Recayna şəhərində Azərbaycan icması ilə görüş keçirilib Kanadanın Saskatçevan vilayətinin Recayna şəhərində ilk dəfə olaraq Azərbaycan icması ilə görüş keçirilib.
Recayna şəhərində Azərbaycan icması ilə görüş keçirilib
Yayın: 09 Haziran 2024 GÜNDEM Google News

Recayna şəhərində Azərbaycan icması ilə görüş keçirilib

, 2024

Recayna şəhərində Azərbaycan icması ilə görüş keçirilib

Kanadanın Saskatçevan vilayətinin Recayna şəhərində ilk dəfə olaraq Azərbaycan icması ilə görüş keçirilib.

Azərbaycan və Kanadanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbiri “Recayna Azərbaycan Mədəniyyəti Assosiasiyası”nın rəhbəri Rəna Fərəcova açıq elan edib və rəhbəri olduğu təşkilat haqqında ətraflı məlumat verib.

 

 

 

 

Tədbirdə “Saskatçevanda Azərbaycan Birliyi” təşkilatının həmtəsisçiləri Ruhid Mirzəyev və Tural İsgəndərov da çıxış edərək təsisçisi olduqları təşkilatın fəaliyyət istiqamətləri haqqında danışıblar. Çıxışçılar 28 May – Müstəqillik Günü ərəfəsində görüşdükləri üçün məmnunluq duyduqlarını bildirib, Diasporla İş üzrə Dövlət Komitəsinə daim göstərdiyi diqqət və qayğıya görə təşəkkür ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova çıxışında Komitənin yaranma tarixi, fəaliyyəti və Azərbaycan diaspor hərəkatının genişlənməsi məqsədilə gerçəkləşdirilən layihələr, o cümlədən 1-7 avqust tarixlərində Laçında keçiriləcək Diaspor Gənclərinin V Yay Düşərgəsi haqqında ətraflı məlumat verib. Səlhət Abbasova həmçinin Saskatçevan vilayətində fərqli istiqamətlər üzrə fəaliyyət göstərən iki yeni diaspor təşkilatının mövcudluğunu təqdirəlayiq hal sayaraq təşkilatların bir-biri ilə koordinasiyalı şəkildə işləməsinin daha çox faydalı olacağını vurğulayıb.

Tədbir çərçivəsində Recayna icmasının azyaşlıları tərəfindən rəqs nömrələri nümayiş olunub və “Arşın Mal Alan” operettasından bir səhnə canlandırılıb.

Qeyd edək ki, 28 May – Müstəqillik Günü Saskatçevanda 2024-cü ildə geniş şəkildə qeyd edilib, bu münasibətilə Azərbaycan bayrağı vilayətin iki böyük şəhərində – Recayna və Saskatunda yüksəldilib, şəhərin rəsmiləri tərəfindən bəyannamələr imzalanıb, təbriklər ünvanlanıb.

FOTO QALEREYA

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/recayna-seherinde-azerbaycan-icmasi-ile-gorus-kecirilib-4825

 

Son Güncelleme: 09 Haziran 2024